

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək ideyası ABŞ-ın dəstəyinin olmaması və Fransa ordusunun özünün məhdud imkanları səbəbindən real deyil.
Fransa Silahlı Qüvvələrinin istefada olan polkovniki və Fransa Xarici Legionunun veteranı Jak Hoqard TASS-a bildirib.
"Makron bunu nəzərə aldı, bir neçə dəfə bu barədə danışdı. O, bunu ingilis ordusu ilə, bəlkə də başqaları ilə - almanlarla, polyaklarla ortaq şəkildə etməyi planlaşdırırdı. Amma bu gün biz onun planının iflasa uğradığını açıq şəkildə görürük”, - Hoqard bildirib.
O, bunun əsas səbəbi kimi ABŞ-ın imtinasını göstərib. "Amerikalılar bu ssenarilərdən imtina etdilər və istər kəşfiyyat, istər maddi-texniki təchizat, istərsə də başqa bir sahədə Ukraynada qoşunların yerləşdirilməsinə dəstək vermək istəmirlər ki, bu da əks-məhsuldar hesab olunur. Ona görə də bu gün mən hesab edirəm ki, cənab Makronun təklifi iflasa uğradı", - ekspert izah edib.
Cavid