
Nepalda Simrik Hava Yollarının binası yandırılıb
9 Sentyabr 17:13
9 Sentyabr 17:13
9 Sentyabr 16:30
9 Sentyabr 14:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
NATO-nun müdafiə nazirləri Alyansın “yeni qabiliyyət hədəfləri” üzərində anlaşmaq üçün Brüsseldəki qərargahında görüşüblər.
Xalqcəbhəsi.az “Haber Global”a istinadla qeyd edir ki, iclasda açılış nitqi ilə NATO-nun baş katibi Mark Rutte çıxış edib. Rutte, "Bu gün biz çəkindirici qüvvəmizi və müdafiəmizi güclü saxlamaqla 1 milyard insanımızın təhlükəsizliyini təmin etmək üçün iddialı yeni qabiliyyət hədəfləri toplusunu razılaşdıracağıq" deyib.
Bu hədəflərə çatmaq üçün daha çox xərc tələb olunduğunu vurğulayan Rutte, müdafiə xərclərinə dair yeni meyarın 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitdə liderlər tərəfindən müəyyən ediləcəyini açıqlayıb. Ukraynanın müdafiə naziri Rustem Umerov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın da qatılacağı toplantıda Türkiyəni Milli Müdafiə naziri Yaşar Gülər təmsil edəcək.