Şahin Şıxlınskiyə yekun ittiham elan olunub, işi aparan və ifadə verənlər ermənilərdir
Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB
Azərbaycanda hava yolu ilə sərnişin daşımaları artıb, yük daşımaları isə azalıb
Ümummilli Lider Heydər Əliyevin Anım Günü Özbəkistanda qeyd olunub
5 İyun 17:12
2 898
Amerikalı politoloq Malek Dudakov, Rusiyanın NATO üçün təhlükə kimi tanınmasının iyun ayında keçiriləcək hərbi blokun sammitində ABŞ ilə Avropa İttifaqı arasında mübahisələrə səbəb ola biləcəyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, News.ru saytına müsahibəsində danışıb. Ekspertin sözlərinə görə, amerikalılar Rusiyaya münasibətdə “rəqib” kimi ifadədən istifadə etməyə çalışacaqlar, yəni “təhlükə” və ya “birbaşa düşmən” kimi deyil. Belə olan halda Moskva “hazırda dərhal müharibə aparılmalı olan əsas təhlükə” kimi qəbul edilməyəcək.
“Əlbəttə, Avropadakı ‘şahinlər’ bu cür ifadəyə qarşı çıxacaqlar, lakin amerikalılarla qarşı-qarşıya gəlmək məcburiyyətində qalacaqlar. Sammitdə Alyans daxilində kifayət qədər ciddi bir parçalanma özünü göstərəcək. Və ümumiyyətlə düşünürəm ki, bu, amerikalılarla avropalılar arasında fikir ayrılığı yaşanacaq yeganə məsələ olmayacaq,” – deyə Dudakov vurğulayıb.
O həmçinin bildirib ki, NATO sammitinin yekun bəyannaməsi əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqli ola bilər.
Məryəm Quliyeva