Rusiya: Ukraynaya məxsus 64 PUA vuruldu Dünya

Rusiya: Ukraynaya məxsus 64 PUA vuruldu

Rusiya Müdafiə Nazirliyi bildirib ki, dünən axşamdan bu səhərədək Ukraynaya məxsus 64 pilotsuz uçuş aparatı (PUA), Moskva da daxil olmaqla, bir sıra bölgələr üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin açıqlamasında qeyd olunub ki, Ukrayna PUA-larla Rusiya ərazisinə hücumlar həyata keçirib. Yerli vaxtla dünən saat 23:00-dan bu gün saat 07:00-a qədər 61, bu gün isə saat 09:00-dan 09:30-a qədər daha 3 PUA-nın məhv edildiyi bildirilib. Vurulan PUA-ların əsasən Moskva, Bryansk, Belqorod, Kalujya, Tula, Oryol, Kursk vilayətləri və ilhaq edilmiş Krım üzərində olduğu qeyd edilib.

Digər tərəfdən, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya), ölkənin bir neçə hava limanında təyyarələrin eniş və qalxışlarına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Moskva meri Sergey Sobyanin isə vurulan PUA-ların qalıqlarının düşdüyü ərazilərdə müvafiq xidmət orqanlarının iş apardığını bildirib.

Məryəm Quliyeva