Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
13 İyun 07:51
3 010
ABŞ Konqresinin Nümayəndələr Palatası Vaşinqton administrasiyasının xarici yardım proqramları, həmçinin Milli İctimai Radio (NPR) və PBS yayımı üçün hökumətin maliyyələşdirməsini 9,4 milyard dollar azaltmaq təklifini dəstəkləyib.
Sənədi 214 deputat dəstəkləyib, 212 deputat əleyhinə çıxıb. İclas Nümayəndələr Palatasının saytında yayımlanıb.
ABŞ prezidenti Donald Tramp bu ayın əvvəlində qanunvericilərə təklifi təqdim edib. O, Konqres tərəfindən əvvəllər təsdiq edilmiş 9,4 milyard dollarlıq maliyyənin ləğvini nəzərdə tutur.
Bu vəsaitin 1,1 milyard dollarının Milli İctimai Radio və PBS-ə verilməsi planlaşdırılırdı. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə xarici yardım proqramları üçün təxminən 8,3 milyard dollar ayrılmalı idi. Sənədin ABŞ Senatında nə vaxt nəzərdən keçiriləcəyi hələ məlum deyil. Respublikaçılar hazırda Konqresin hər iki palatasında çoxluq təşkil edir.
Cavid