Kats: Bu gün Tehranda əsas hədəflərə zərbələr endiriləcək Dünya

Kats: Bu gün Tehranda əsas hədəflərə zərbələr endiriləcək

İsrailin Müdafiə naziri İsrael Kats, ordu tərəfindən bu gün İranın paytaxtı Tehran şəhərində çox önəmli hədəflərə hücum ediləcəyini açıqlayıb. Kats, Tehranda “10-dan çox nüvə hədəfi” olduğunu iddia edib.

Xalqcebhesi.az xəbər verir ki, İsrailin Müdafiə naziri İsrael Kats, İranın İsrailə qarşı həyata keçirdiyi ballistik raket hücumundan sonra jurnalistlərə açıqlama verib.

Nazir Kats bildirib ki, İsrail Hərbi Hava Qüvvələri bu gün Tehranda "çox önəmli, strateji, rejimə aid və infrastruktur obyektlərini" hədəf alacaq.

Kats, İsrail Müdafiə Qüvvələrinin (IDF) yaxın ərazilərdə yaşayan sakinlərə təxliyə xəbərdarlığı edəcəyini də qeyd edib.

O, İranın yeraltı nüvə obyekti olan Fordo nüvə obyektinin mütləq şəkildə gündəmdə olduğunu və bu məsələyə diqqət yetiriləcəyini vurğulayıb.

Kats əlavə edib ki, Tehranda 10-dan çox nüvə hədəfi mövcuddur.

Məryəm Quliyeva