Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
19 İyun 21:40
2 191
Qəzza şəhərindəki Rantisi Xəstəxanasının direktoru Cəmil Əli yazılı açıqlamada, "Qəzzada uşaq qidalarının tamamilə tükənməsi səbəbilə uşaqlar sağlamlıq fəlakəti ilə üz-üzədirlər” deyib.
Xalqcebhesi.az “TRT Haber”ə istinadən bildirir ki, hər gün qida çatışmazlığı və udma pozğunluğundan əziyyət çəkən çox sayda uşağın gətirildiyi xəstəxanada bir paket belə uşaq qidası olmadığını bildirən C.Əli vəziyyəti uşaqlar və körpələr üçün əsl humanitar böhran kimi qiymətləndirib.
Xəstəxana direktoru beynəlxalq ictimaiyyəti və humanitar təşkilatları Qəzzadakı uşaqların həyatını xilas etmək və uşaq qidası ilə təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.
Qəzza zolağının cənubundakı Xan Yunisdə yerləşən Nasser Tibb Mərkəzinin Təhrir Uşaq və Doğum evinin direktoru doktor Əhməd əl-Ferra da yeni doğulmuş körpələrin həyatı üçün qaçılmaz təhlükə barədə xəbərdarlıq edib. O, "Uşaqların yeməkləri tükəndiyi üçün 48 saat içində onlar arasında ölüm hallarını görməyə başlaya bilərik” deyə vurğulayıb.