Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
20 İyun 15:48
3 164
Malinen: ABŞ-ın İran və İsrail arasındakı münaqişəyə qatılması nüvə müharibəsinə səbəb ola bilər.
Xalqcebhesi.az-ın məlumatina görə, Helsinki Universitetinin professoru Tuomas Malinen "X" sosial şəbəkəsində yazdığı paylaşımda bildirib ki, Birləşmiş Ştatların İran və İsrail arasında mümkün gərginliyə müdaxiləsi taktiki nüvə silahının tətbiqi ilə nəticələnə bilər.
Ekspertin fikrincə, əsas təhlükə təkcə ABŞ-ın iştirakı ilə regionda genişmiqyaslı münaqişənin alovlanmasında deyil. Malinen hesab edir ki, belə bir ssenari İran ərazisində, xüsusən də yeraltı nüvə obyekti olan Fordoya qarşı nüvə silahının tətbiqinə təkan verə bilər. O, vurğulayıb ki, bu cür inkişaf halında dünya "artıq heç vaxt əvvəlki kimi olmayacaq".
Axios nəşrinin mənbələrə istinadla verdiyi məlumata görə, ABŞ dünyanın ən güclü qeyri-nüvə bombası ilə İranın Fordodakı nüvə obyektinə zərbə endirə bilər. Bu arada Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfləri gərginliyi azaltmağa çağırıb və bu cür hərəkəti artıq sayıb.
Bundan əvvəl The Economist yazmışdı ki, İsrail İranla müharibəyə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun nüvə başlığını raketlə birləşdirmək planları barədə məlumatlar səbəbilə başlayıb. İyun ayının 19-u axşam saatlarında Ağ Evdən verilən açıqlamada bildirilib ki, İranın nüvə silahı hazırlaması üçün bir neçə həftəyə ehtiyacı var. Bu fonunda Fox News telekanalı ABŞ-ın İranda taktiki nüvə silahı tətbiqini istisna etmədiyini xəbər verib.
Məryəm Quliyeva
15 Noyabr 17:45
1 043
15 Noyabr 17:44
1 029
15 Noyabr 17:09
1 127