BMT-dən mediaya hücum edən İsrailə “beynəlxalq hüquq” xəbərdarlığı Dünya

BMT-dən mediaya hücum edən İsrailə “beynəlxalq hüquq” xəbərdarlığı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan, İsrailin Tehranda media binasına etdiyi hücuma dair açıqlamasında, “Beynəlxalq hüquqa əsasən hücumlar yalnız hərbi hədəflərə yönəldilə bilər, bunu xatırladırıq” deyə bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Al-Kheetan yazılı cavabında qeyd edib: “İsrail və İran arasında davam edən toqquşmalarda mülki hədəflər də vurulur. İsrailin hücumlarında Tehrandakı dövlət televiziyasının binası hədəf alınıb və bu hadisə nəticəsində bəzi mülki şəxslər həyatını itirib. İsrailin, müharibə şəraitində belə olsa, media binasını və orada çalışan jurnalistləri hədəf almasını necə qiymətləndirirsiniz? Bundan əlavə, İsraildə sahədə işləyən bəzi jurnalistlərə qarşı təhlükəsizlik qüvvələrinin müdaxiləsi müşahidə olunur. Bu barədə nə deyə bilərsiniz?”

O, bu hadisələrin çoxunu izlədiklərini vurğulayaraq əlavə edib: “Jurnalistlər və media əməkdaşları üçün tam qoruma təmin edilməlidir. Jurnalistlər beynəlxalq hüquqa əsasən mülki şəxs sayılır. Xüsusilə jurnalistlər də daxil olmaqla mülki şəxsləri təsir edən bu cür hüquq pozuntuları dərhal və müstəqil şəkildə araşdırılmalıdır.”

Al-Kheetan həmçinin qeyd edib ki, jurnalistlər beynəlxalq humanitar hüquqa uyğun olaraq tətbiq edilə biləcək məhdudiyyətlər çərçivəsində, münaqişələrin təsirlərini işıqlandırmaq da daxil olmaqla hər yerdə sərbəst və müstəqil şəkildə işləyə bilməlidirlər.

Tehranda media binasına edilən hücuma toxunan Al-Kheetan əlavə edib:

“(İsrailin Tehranda həyata keçirdiyi) media binasına edilən hücumla bağlı olaraq, beynəlxalq hüquqa görə hücumların yalnız hərbi hədəflərə yönəlməli olduğunu xatırladırıq. Hərbi hədəflər – təbiəti, mövqeyi, məqsədi və ya istifadəsinə görə – hərbi əməliyyatlara effektiv töhfə verən və həmin anda onları tam və ya qismən məhv etmək, ələ keçirmək və ya sıradan çıxarmaqla qəti hərbi üstünlük əldə edilən obyektlərdir.”

Qeyd edək ki, İsrail İranın Radio və Televiziya Qurumu (IRIB) binasına hücum təşkil edib. İsrail ordusu hücumdan əvvəl Tehranın 3-cü bölgəsinə zərbə endirəcəyini açıqlamış və dövlət televiziyasını hədəf alacağını bildirmişdi. "Şüşə Bina" kimi tanınan IRIB kompleksindəki zərərin görüntüləri Anadolu Agentliyi (AA) tərəfindən yayımlanıb.

Məryəm Quliyeva