Tramp administrasiyasına İraq xatırlatması Dünya

Tramp administrasiyasına İraq xatırlatması

ABŞ-lı senator Berni Sanders, İranın nüvə obyektlərinə edilən hücumlarla ABŞ-ın 2003-cü ildəki İraq işğalı arasında oxşarlıqlar olduğunu bildirərək, “Tarixin təkrarına icazə verə bilmərik,” deyə xəbərdarlıq edib.

Xalqcebhesi.az xəbər verir ki, Texas ştatında qatıldığı bir tədbirdə çıxış edən senator Sanders, ABŞ-ın İranda üç nüvə obyektinə hücumunu dəyərləndirib.

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun hücumlarla bağlı istifadə etdiyi ritorikanın, İraqın işğalından əvvəl Netanyahunun və keçmiş ABŞ prezidenti Corc Buşun söylədiklərinə bənzədiyini qeyd edən Sanders, “Corc Buş, ‘Səddam Hüseyn rejimi nüvə bombası istəyir’ deyərək hücumu müdafiə etmişdi,” deyə bildirib.

Sanders əlavə edib: “(O dövrdə) Heç bir kütləvi qırğın silahı tapılmadı. O müharibə yalanlar üzərində qurulmuşdu və 4 500 gənc amerikalının həyatına, 32 min yaralının həyatına və trilyonlarla dollara başa gəldi.”

“Amerika xalqına bu gün də yenidən yalan danışılır. Tarixin təkrarına icazə verə bilmərik,” deyən Sanders, ABŞ-ın daxili problemlərinə fokuslanmalı və İranla müharibəyə girməməli olduğunu vurğulayıb.

Məryəm Quliyeva