
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Reuters: İranla münaqişə ABŞ-da inflyasiyanı daha da qızışdıracaq.
Amerika hərbi hava qüvvələrinin İran obyektlərinə zərbələri inflyasiya və ABŞ iqtisadi fəaliyyətinə dair proqnozları daha da qeyri-müəyyən edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, bu hücumların nəticəsi yalnız enerji daşıyıcılarının qiymət artımı ilə məhdudlaşmaya bilər. ABŞ-da həm ailələr, həm də müəssisələr qeyri-müəyyənlik səbəbindən xərclərini azaltmağı üstün tuta bilər. Beləliklə, Ağ Evin tətbiq etdiyi yüksək idxal tarifləri səbəbilə onsuz da zəifləməkdə olan ABŞ iqtisadiyyatı daha da yavaşlaya bilər.
“Müxtəlif enerji daşıyıcılarında qiymətlərin kəskin artımı inflyasiyanı daha da alovlandıra bilər,” – deyə Reuters xəbərdarlıq edir.
Yazının müəllifləri hesab edirlər ki, yaxın vaxtlarda açıqlanacaq statistik göstəricilər yanvar ayından bəri ABŞ-da istehlak xərclərində ən zəif artımı göstərəcək.
Məryəm Quliyeva