
“Vaşinqton Zirvəsi son deyil”
9 Avqust 15:13
9 Avqust 15:13
9 Avqust 12:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ABŞ Prezidenti Donald Trampla görüşüb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bəyanatda bildirilir ki, görüş zamanı Türkiyə-ABŞ münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan ABŞ Prezidentinin səyləri nəticəsində İranla İsrail arasında əldə edilən atəşkəsi alqışlayıb və onun davamlı olmasını arzuladığını bildirib. O, həmçinin Qəzzada baş verən humanitar faciənin tezliklə dayandırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması üçün sıx dialoqun vacibliyini vurğulayıb.
Məlumata görə, “hər iki lider NATO-nun çəkindirici gücünün möhkəmləndirilməsi istiqamətində tədbirlərin görülməsinin əhəmiyyətini qeyd ediblər”.
Prezident Ərdoğan əlavə edib ki, iki ölkə arasında xüsusilə enerji və investisiya sahələrində böyük əməkdaşlıq potensialı mövcuddur və müdafiə sənayesində əməkdaşlığın inkişafı ikitərəfli ticarət dövriyyəsinin 100 milyard ABŞ dollarına çatdırılmasına töhfə verəcək.