“Vergi və sığorta yükü azalır, vətəndaş qazancda!”
29 Dekabr 22:57
29 Dekabr 22:57
29 Dekabr 22:40
29 Dekabr 21:22
29 Dekabr 21:18
29 İyun 15:47
1 848
Uşakov: ABŞ qismən Ukraynaya silah tədarükünü davam etdirir
ABŞ Ukraynaya silah tədarükünü qismən davam etdirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya 1" jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.
"Bildiyim qədərilə, bəzi tədarüklər davam edir, bəziləri isə yox", – deyə Kreml nümayəndəsi müvafiq suala cavab verərkən bildirib.
Zarubin söhbət zamanı qeyd edib ki, ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası dövründə Rusiyanı ən çox narahat edən məsələ Ukraynaya silah göndərilməsi idi. Uşakovun sözlərinə görə, o vaxtlar dialoqun tonu fərqli idi. ABŞ-ın hazırkı prezidenti Donald Trampın administrasiyası ilə Moskvanın dialoqu isə daha çox dostcasına ünsiyyətə bənzəyir, – deyə o vurğulayıb.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Birləşmiş Ştatlar əvvəlki administrasiya tərəfindən təsdiqlənmiş Ukraynaya silah tədarükünü dayandırmayıb, lakin yeni yardım paketlərinin formalaşdırılması ilə bağlı qərar hələ yoxdur.
Məryəm Quliyeva
29 Dekabr 21:45
777
29 Dekabr 18:57
917
29 Dekabr 18:48
1 043