Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
30 İyun 2025 15:44
3 430
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin həbs və edamı ilə bağlı ABŞ-ın irəli sürdüyü ittihamları rədd edib.
Xalqcebhesi.az xəbər verir ki, İravani CBS News-a verdiyi açıqlamada bildirib:
"MAQATE rəhbəri üçün heç bir təhlükə yoxdur."
Diplomat qeyd edib ki, İran agentliyin fəaliyyətini tənqid etməyə davam edəcək. Onun sözlərinə görə, ehtimal olunan hər hansı təhdid ayrı-ayrı şəxslərdən gələ bilər, lakin bu, İran hakimiyyətinin rəsmi mövqeyi deyil. İravani əlavə edib ki, MAQATE müfəttişləri hazırda təhlükəsiz şəraitdədir, lakin fəaliyyətlərini bərpa edə bilmirlər.
Qeyd edək ki, ABŞ senatoru Marko Rubio, İranın "Kayhan" qəzetində dərc olunan və Qrossinin guya "Mossad" üçün casusluq ittihamı ilə İranda edam edilə biləcəyinə dair yazıya istinad edərək bu təhdidləri qınamış və MAQATE rəhbərinin peşəkarlığını yüksək qiymətləndirmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi isə 27 iyun tarixində bildirib ki, Qrossinin hücuma məruz qalan İran nüvə obyektlərini ziyarət etməkdə israrlı olması əsassızdır və bu istəyin arxasında pis niyyətlər dayana bilər.
Məryəm Quliyeva