Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
3 İyul 2025 07:48
2 583
Kiyev rəhbərliyi Avropa ölkələrinin Ukrayna üçün ABŞ-dan silah alacağını gözləyir.
Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığı kimi, Amerikanın Kiyevə silah tədarükünün dayandırılması və Rusiya qoşunlarının irəliləməsi fonunda Ukrayna hakimiyyəti “yeni silahlar əldə etməyə yanaşmasını dəyişməyə məcburdur”.
“Politico” yazır ki, Kiyev “Vaşinqtondan Avropanın Ukrayna üçün Amerika silahları almasına icazə verməsini xahiş etməyə” ümid edir.
Bəzi Avropa ölkələrinin hakimiyyət orqanları “Ukraynaya transfer üçün öz müdafiə büdcələrindən ABŞ istehsalı olan silahların alınması planlarını öyrənirlər”. “Bu vəsait NATO-nun yeni müdafiə xərclərində nəzərə alınacaq, lakin bu məsələ ilə bağlı hələ dəqiq razılaşma yoxdur”, - qəzet vurğulayır.
Cavid