
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
2 İyul 23:55
2 İyul 23:40
2 İyul 15:48
Qəzzadakı hökumətdən verilən yazılı açıqlamada son 48 saatda fələstinlilərə qarşı 26 qanlı qətliam törədildiyi bildirilib.
Açıqlamada İsrail ordusunun qəsdən öldürmə və soyqırım siyasətini bütün sürəti ilə davam etdirdiyini göstərən bu son hücumlarda 300-dən çox insanın öldüyü, yüzlərlə insanın yaralandığı qeyd edilib.
Hücumların daha çox məcburi köçkün fələstinlilərin məskunlaşdığı sığınacaq, çadır, ev, park, bazar və humanitar yardım paylama məntəqələrinə təşkil edildiyi vurğulanan açıqlamada ölənlərin çoxunun qadın və uşaqlar olduğuna diqqət çəkilib.
Açıqlamada qeyd olunub ki, İsrail bu hücumlarla cəmiyyətin ən həssas təbəqələrini qəsdən hədəfə aldığını göstərib.
Hökumətin açıqlamasında vurğulanıb ki, İsrail xəstəxanaları bombalayıb tibb işçilərini hədəfə alaraq və həyati ləvazimatların ölkəyə daxil olmasına mane olmaqla səhiyyə sisteminin qalan hissəsini sarsıtmağa çalışır.
Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən Qəzzada öldürmək, ac buraxmaq, zorla yerindən etmək və şəhər infrastrukturunu hədəf almaqla müharibə aparır. Beynəlxalq Ədalət Məhkəməsinin hücumların dayandırılması ilə bağlı qərarlarına baxmayaraq Təl-Əviv rəhbərliyi bu çağırışlara məhəl qoymur.
ABŞ-nin dəstəyi ilə həyata keçirilən bu prosesdə əksəriyyəti qadın və uşaqlar olmaqla təxminən 191 min fələstinli həyatını itirib və ya yaralanıb, 11 mindən çox insan isə itkin düşüb. Yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşüb, çox insan, xüsusilə də uşaqlar aclıqdan həyatını itirib.