

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya Federasiyası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında “Taxıl sazişi” üzrə məsləhətləşmələrin son mərhələsi iyulun 11-də Cenevrədə baş tutacaq.
“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarik jurnalistlərə açıqlamasında deyib.
Görüşdə əvvəlki müzakirələrdə olduğu kimi, BMT-ni qurumun Ticarət və İnkişaf üzrə Konfransının baş direktoru Rebekka Grinspan təmsil edəcək.
Sözçü əlavə edib ki, memorandumun müddəti uzadılmayacaq. Lakin sənəddə əks olunan məsələlər (xüsusilə Qara dəniz vasitəsilə təhlükəsiz daşınma) aktuallığını qoruyur və gələcək müzakirələrin mövzusu olaraq qalacaq.
Xatırladaq ki, memorandum 22 iyul 2022-ci ildə imzalanıb və onun icra müddəti 3 il olaraq müəyyən edilib.
Bu təşəbbüs İstanbul sazişi çərçivəsində və BMT Baş katibinin qlobal ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə Ukraynadakı müharibə fonunda irəli sürdüyü səylərin bir hissəsi kimi həyata keçirilib. Baş katib eyni zamanda Ukrayna və Rusiyadan ərzaq və gübrə ixracının davam etdirilməsi üçün çalışır.