Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
8 İyul 2025 13:02
5 796
ABŞ Prezidenti Donald Tramp, Ukraynaya müdafiə məqsədli əlavə silahlar göndəriləcəyini bəyan edib.
Tramp bildirib:“Bir az daha silah göndərəcəyik. Göndərmək məcburiyyətindəyik. Onlar özlərini qoruya bilməlidirlər.”
Xalqcebhesi.az xəbər verir ki, Tramp bu açıqlamanı dünən Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra, şam yeməyi zamanı verib. ABŞ-ın Rusiyanın artan hücumlarına qarşı Ukraynaya dəstəyinin davam edəcəyini bildirib və əlavə edib:
“Hazırda çox ağır zərbə alırlar. Daha çox silah göndərməli olacağıq, əsasən də müdafiə silahları.”
Daha sonra ABŞ Müdafiə Nazirliyi (Pentagon) Trampın göstərişi ilə Ukraynaya əlavə müdafiə silahlarının göndəriləcəyini təsdiqləyib. Nazirlik, sülh səyləri davam edərkən, Ukraynanın özünü müdafiə edə bilməsinə dəstəyin veriləcəyini açıqlayıb. Həmin silahların növləri ilə bağlı isə məlumat paylaşılmayıb.
Tramp, cümə günü verdiyi açıqlamada isə Ukraynanın müdafiəsi üçün Patriot raket sistemlərinə ehtiyacı olduğunu vurğulamışdı.
Məryəm Quliyeva
16 Oktyabr 15:59
826
16 Oktyabr 15:50
840
16 Oktyabr 13:55
931