Pakistanda məscid yaxınlığında baş verən partlayışda 15 nəfər həlak olub
Pakistan İrandan hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmağı xahiş edib
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
Avropa İttifaqı Əlişir Usmanovla bağlı sanksiya kompromisi axtarır
8 İyul 2025 14:31
2 835
Çin ilə Nepal arasında, Himalay dağlarındakı vadidə güclü yağışların səbəb olduğu sel fəlakətində 1 nəfər həyatını itirib, 28 nəfər itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, Bhote Kosi çayının daşması nəticəsində, iki ölkəni birləşdirən “Dostluq Körpüsü” çöküb. Sərhəd boyu park edilmiş çox sayda avtomobil, eləcə də binalar və gömrük məntəqələri sel sularına qərq olub.
Nepalın Təbii Fəlakətlərin Riskinin Azaldılması və İdarə Edilməsi Milli İdarəsinin məlumatına görə, sel nəticəsində Nepalda 1 nəfər ölüb, 11-i Nepal vətəndaşı, 6-sı Çin vətəndaşı olmaqla 17 nəfər itkin düşüb.
Çin dövlət televiziyası isə Çin tərəfində əlavə 11 nəfərin itkin düşdüyünü bildirib.
Hazırda hər iki ölkənin xilasedici qüvvələri tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.
Məlum olduğu kimi, iyun-sentyabr aylarında musson mövsümündə Cənubi Asiyada öldürücü sel və torpaq sürüşmələri tez-tez baş verir. Ancaq mütəxəssislər, iqlim dəyişikliyinin bu vəziyyəti daha da pisləşdirdiyini vurğulayır.
Məryəm Quliyeva