3 milyard işıq ili uzaqda fosil qalaktika kəşf edildi Dünya

3 milyard işıq ili uzaqda fosil qalaktika kəşf edildi

İtaliyalı alimlər, KiDS J0842+0059 adlı fosil qalaktikanı kəşf ediblər. Təxminən 3 milyard işıq ili uzaqlıqda yerləşən bu qalaktika, 7 milyard il ərzində demək olar ki, dəyişməyib və digər qalaktikalarla birləşməyib.

Fosil qalaktikalar, kainatın erkən dövrlərində sürətlə ulduz formalaşdırıb, lakin daha sonra izolyasiya olunaraq sabit qalan nadir obyektlərdir.

Xalqcebhesi.az xəbər verir ki, bu qalaktika, alimlərə kainatın ilkin mərhələləri barədə dəyərli məlumatlar verir.

Araşdırmalara görə, KiDS J0842+0059-da olan ulduzların 99,5 faizi qalaktikanın yaranmasının çox erkən dövrlərində formalaşıb. Bu da onun “fosil” statusunu təsdiqləyir.

Qalaktikalar normalda iki mərhələdə formalaşır: əvvəl sıx şəkildə ulduzlar yaranır, sonra digər qalaktikalarla birləşərək böyüyür. Lakin bu qalaktika ikinci mərhələyə keçməyib, yəni heç bir başqa qalaktika ilə birləşməyib.

Məryəm Quliyeva