“Əlavə qaz ixracı mümkünsüzdür” — ekspert
11 Dekabr 23:02
11 Dekabr 23:02
11 Dekabr 22:51
11 Dekabr 22:44
11 Dekabr 22:36
13 İyul 18:06
2 667
Avstriyanın Aşağı Avstriya əyalətində silahlı hücum baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, ictimai yayım qurumu ORF-un məlumatına görə, polis Aşağı Avstriya əyalətinə bağlı Traiskirchen qəsəbəsində silahlı hücumun baş verdiyini açıqlayıb.
Polis bildirib ki, şübhəli şəxs qəsəbə mərkəzində odlu silahla atəş açaraq 2 nəfəri vurub.
Verilən məlumata əsasən, zərərçəkənlərdən biri hadisə yerində həyatını itirib, digəri isə ağır yaralanaraq helikopterlə Vyanadakı xəstəxanaya aparılıb.
Polis əlavə edib ki, Avstriya vətəndaşı olan şübhəli şəxs hücumdan sonra qaçaraq açıq ərazidə intihar edib.
Hücum zamanı istifadə edilən odlu silahın qanunsuz yollarla əldə edildiyi və şübhəli şəxsin cəzaçəkmə müəssisəsindən məzuniyyət zamanı bu hücumu törətdiyi qeyd olunub.
Hücumun səbəbi hələlik məlum deyil.
Məryəm Quliyeva
11 Dekabr 22:53
679
11 Dekabr 21:41
868
11 Dekabr 20:48
1 008