Papuaşvili Kallasa cavab verib Dünya

Papuaşvili Kallasa cavab verib

"Avropa İttifaqının vətəndaşları buna baxmalı və qərar verməlidirlər – istərdilərmi ki, Brüsseldəki bu cür bürokratlar onları Sovet İttifaqına doğru aparsınlar? Belə bürokratlar ki, müstəqil ölkəyə, müstəqil ədalət mühakiməsinə, müstəqil hakimlərə təhdidlər yağdırırlar? Eşitdiklərimiz utancvericidir".

Bu sözlərlə Parlamentin sədri Şalva Papuaşvili Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Gürcüstanla bağlı verdiyi müvafiq bəyanata cavab verib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Aİ-nin səfiri izahat verməlidir.

“Bir neçə gün öncə 'Gürcü Arzusu'nun Siyasi Şurası açıq məktub yaydı və bu məktub bu gün Aİ-nin ali nümayəndəsi də daxil olmaqla eşitdiklərimizlə tam uyğun gəlir. Bu, dediklərimizin birbaşa sübutudur. Təəssüf ki, Gürcüstan dövlətinə və xalqına qarşı bu aqressiv ritorika, böhtan xarakterli və dezinformasiyalı hücumlar, sovet üslubunda təhdidlər, bu gün Kaya Kallasın dilindən eşitdiyimiz təhdidlər, – o bu gün iki gürcü hakimə sanksiyalarla hədə-qorxu gəldi, – Brüsselin tutduğu acınacaqlı yoldur. Avropa İttifaqının vətəndaşları buna baxmalı və qərar verməlidirlər – istərdilərmi ki, Brüsseldəki bu cür bürokratlar onları Sovet İttifaqına doğru aparsınlar? Belə bürokratlar ki, müstəqil ölkəyə, müstəqil ədalət mühakiməsinə, müstəqil hakimlərə təhdidlər yağdırırlar? Eşitdiklərimiz utancvericidir. Aİ-nin səfiri adətən izah verməyə ehtiyac görmür, amma bu dəfə o, izahat verməlidir" , - deyə Şalva Papuaşvili qeyd edib.

Cavid