

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Nigeriya vətəndaşlarına Lassa qızdırması hallarının sayının artması ilə bağlı xəbərdarlıq edib.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri yanvarın 1-dən bu yana ölkədə 800 Lassa qızdırması hadisəsinin qeydə alındığını və xəstəliyə səbəb olan Lassa virusundan ölənlərin sayının 151-ə yüksəldiyini açıqlayıb.
Lassa qızdırmasından ölüm nisbəti ötən ilin eyni dövründəki 17,3%-dən 18,9%-ə yüksəlib.
Bildirək ki, Lassa virusu ötən il ölkə üzrə 190 nəfərin həyatına son qoyub.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində rast gəlinən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə şimal-şərqdəki Borno əyalətində aşkar edilib. Siçan nəcisi ilə təmas zamanı keçən xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırma yaradır.
Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.