İsraildən İranla bağlı etiraf: Hələ də hədəfimizdədir Dünya

İsraildən İranla bağlı etiraf: Hələ də hədəfimizdədir

İsrail Baş Qərargah rəisi Eyal Zamir, bu gün keçirdiyi mətbuat konfransında "İran və onun müttəfiqləri hələ də hədəfimizdədir. İranla aparılan kampaniya bitməyib" deyib.

Xalqcebhesi.az xəbər verir ki, İsrail Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzza zolağı və İranla bağlı açıqlamalar verib.

Zamir, Qəzza Zolağındakı hücumların davam etdiyini və İsrail Müdafiə Qüvvələrinin (IDF) hər cəbhədə müdafiə, eyni zamanda hücum gücü ilə fəaliyyət göstərməli olduğunu bildirib. Qəzza müharibəsini, IDF-nin ən mürəkkəb müharibələrindən biri olaraq xarakterizə edən Zamir, Qərbi Şəriyədəki əməliyyatlar, Livandakı Hizbullah və Suriyada İran hədəfləri üzərindəki fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb.

2026-cı ilin hazırlıq ili olacağını qeyd edən Zamir, İsrailin hərbi qabiliyyətlərini yenidən quracağını və gələcək əməliyyat fürsətlərini qiymətləndirəcəyini açıqlayıb.

Məryəm Quliyeva