ABŞ nümayəndə heyətinin təyyarəsi Moskvaya çatıb
5 Sentyabr 13:30
5 Sentyabr 13:30
5 Sentyabr 12:44
4 Sentyabr 17:31
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
22 İyul 2025 21:01
3 948
ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Çinə səfər edə biləcəyini etiraf edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə Filippin Prezidenti kiçik Ferdinand Markos ilə görüşündə bildirib.
“Çin prezidenti Si Cinpin məni ölkəsinə səfərə dəvət edib və biz bunu, güman ki, yaxın gələcəkdə edəcəyik”, - o deyib. Tramp əlavə edib ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı yekun qərar verəcək.
Qeyd edək ki, daha əvvəl Çinin lideri Si Cinpinin Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın iştirakı ilə Çində üçtərəfli görüş təşkil etmək niyyətində olduğu bildirilmişdi. “The Times” yazır ki, Vaşinqton və Pekin arasında son dövrlər bir sıra ticarət sazişləri Trampın Çinə münasibətinə təsir edib və ABŞ prezidentinin sentyabr sammitinə planlaşdırılan bu görüşdə mümkün iştirakı ilə bağlı spekulyasiyalara səbəb olub.