

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin keçmiş prezidenti Barak Obamanı vətənə xəyanətdə ittiham edib.
"Report" xəbər verir ki, Obama 2016-cı ildəki prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmanın aparılmasını tələb edib. Trampın Obamaya cavabı isə məhz bu məsələ ilə bağlı olub.
"Bu araşdırma ən yüksək səviyyədə cinayətdir", - deyə Tramp bildirib.
Hazırkı prezident "bütün cinayətkar dəstəni" sövdələşmədə ittiham edib. Onun fikrincə, cinayətkar dəstəyə "Obama, Co Bayden (sabiq prezident - red.), Ceyms Komi (Federal Təhqiqat Bürosunun rəhbəri) və Con Brennan (Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri)" kimi şəxslər daxildir.
"Obama bu dəstənin lideridir. O, günahkardır", - Tramp əlavə edib.