Rubio Trampa təzyiq göstərir Dünya

Rubio Trampa təzyiq göstərir

Financial Times (FT) Dövlət Departamentinin rəhbəri ilə bağlı məqaləsində yazır ki, dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Trampa Rusiya, Venesuela, İran və Çinə qarşı daha sərt mövqe nümayiş etdirməsi üçün təzyiq edib.

Nəşr yazır ki, Rubio tərəfdarlarının fikrincə, xarici siyasət məsələlərində nəinki öz prinsiplərindən kənara çıxmayıb, həm də onların müdafiəsinə qalxıb və Trampın “Çin, İran, Rusiya və Venesuela kimi ölkələrə qarşı daha sərt mövqe tutmasına” təsir edib.

Rubionun dostlarından və keçmiş köməkçilərindən biri deyir: "Çin, Rusiya, Ukrayna və İranda biz Amerikanın yeni xarici siyasətini və Amerikanın dünyada rolunun yenidən təsdiqini görürük". “Və bu, böyük ölçüdə dövlət katibinin prezidentə və administrasiyanın qalan üzvlərinə gündəlik olaraq verdiyi yüksək səviyyəli məsləhətlərlə bağlıdır”.

Cavid