
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Avropa İttifaqı (Aİ) Komissiyası, ABŞ ilə tariflər barədə intensiv danışıqlar apardıqlarını və razılaşmanın əlçatan məsafədə olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Olof Gill, Brüsseldə keçirilən gündəlik mətbuat konfransında, Aİ və ABŞ arasında tariflər üzrə davam edən müzakirələrə dair açıqlamalar verib.
Gill, "Aİ və ABŞ texniki və siyasi səviyyədə intensiv şəkildə danışıqlara davam edir." deyib.
Bir razılaşma əldə etməyə fokuslandığını bildirən Gill, "ABŞ ilə danışıqlarda müsbət nəticə əldə etməyi hədəfləyirik. Belə bir nəticəyə çatmağın mümkünsüz olmadığına inanırıq." ifadəsini istifadə edib.
Digər tərəfdən, Aİ üzv ölkələri, ABŞ ilə ticarət razılaşması olmadığı təqdirdə hədəf alınacaq 93 milyard avro dəyərində ABŞ məhsullarına qarşı tədbirləri bu gün səsə qoyub.
Bununla da əvvəlcədən hazırlanmış 21 milyard avroluq və 72 milyard avroluq iki qarşı tədbir paketi bir siyahıda birləşdirilmiş oldu. ABŞ ilə razılaşma əldə edilməzsə, Aİ-nin qarşı önləyici tədbirlərinin 7 avqustdan etibarən mərhələli şəkildə tətbiq olunması planlaşdırılır.
Aİ üzv ölkələrini ticarət məsələlərində Aİ Komissiyası təmsil edir. Bu mərhələdə Aİ Komissiyası ilə ABŞ rəsmiləri, tariflər barədə razılaşma müzakirələri aparır.
ABŞ Prezidenti Donald Trump, bu həftə verdiyi açıqlamada, Yaponiya ilə ticarət razılaşması danışıqlarını tamamladıqlarını və Yaponiyanın ABŞ-a 15% gömrük vergisi ödəyəcəyini bildirmişdi.
Son dövrlərdə, ABŞ-ın Aİ ilə də oxşar bir razılaşma edə biləcəyi gözləntiləri artıb.
Trump, vəzifəyə gəlməsindən sonra Aİ ölkələrindən polad və alüminium idxalına 50%, avtomobil sektoruna 25% və digər məhsullara isə 10% gömrük vergisi tətbiq edib.
Trump, Aİ-yə göndərdiyi tarif məktubunda isə 1 avqustdan etibarən Aİ ölkələrindən ABŞ-a göndərilən bütün məhsullara sektoral tariflərdən əlavə olaraq 30% gömrük vergisi tətbiq ediləcəyini bildirmişdi.
Məryəm Quliyeva