“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
28 İyul 08:02
2 156
Mərakeşin Milli Sualtı Mədəni İrs Tədqiqatları Mərkəzi sensasiyalı tapıntılar açıqlayıb. Krallığın Atlantik və Aralıq dənizi sularında əksəriyyəti 19-20-ci əsrlərə aid 20 batmış gəmi aşkar edilib.
“The North Africa Post”un məlumatına görə, tapıntılar arasında hərbi və ticarət gəmiləri də var ki, bu da ölkənin dəniz keçmişinə işıq salır.
Tarixi qiymətli əşyalar Əl Cədidə və Mərakeşin şimalında sahilyanı ərazilərdə tapılıb. Məqalədə qeyd olunduğu kimi, gəmilərin bəziləri əsas gəmi yolları ilə üzərkən, digərləri isə Mərakeş limanları yaxınlığında batıb, tarixi ticarət yolları və dəniz əməliyyatları haqqında məlumat verir.
Tapıntılar arasında təkcə gəmilər deyil, həm də insan və heyvan qalıqları, əhəmiyyətli arxeoloji dəyərə malik artefaktlar və tarixi tikililər var.
Bu açıqlama Mərakeşin ilk dəfə olaraq sualtı mədəniyyət obyektlərinə xüsusi önəm verən mədəni irsin qorunması ilə bağlı yeni qanunun qəbul edilməsi ilə əlaqədar yayılıb.
Bu qanunvericilik krallığın sivilizasiyaların və ticarət yollarının kəsişməsində strateji yerləşməsini, eləcə də həm Atlantik, həm də Aralıq dənizlərində geniş sahil xəttini tanıyır.
Cavid