"Çin bizim üçün çox önəmlidir" Dünya

"Çin bizim üçün çox önəmlidir"

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin onun Çinə səfər etməsini istədiyini bildirib.

"Si Cinpin mənim ora getməyimi istəyir və o, bura ABŞ-a gələcək”, - Amerika lideri Breitbart News-a müsahibəsində mümkün səfərlərin tarixlərinin hələ razılaşdırılmadığını qeyd edib.

"Biz çox güman ki, yaxın vaxtlarda, bəlkə də bu ilin sonuna qədər Çinə gedəcəyik. O da bura gələcək", - Amerika administrasiyasının rəhbəri əlavə edib.

Tramp Çinlə ticarət danışıqlarını da yüksək qiymətləndirib: "Çinlə çox yaxşı işləyirik. Ticarət razılaşması indiyə qədər yaxşıdır. Tarifləri qaldırdım və bir anda onlar 145% idi, bu o deməkdir ki, siz heç bir işlə məşğul ola bilməzsiniz. Bu, az desək, bir az həddindən artıq idi və bu, ABŞ və Çin arasında ticarəti bir ay müddətinə bağladı. Çin bizim üçün çox önəmlidir".

Cavid