Tokio: “Həddindən artıq isti” fəlakəti: Son bir ay yarımda 56 nəfər ölüb Dünya

Tokio: “Həddindən artıq isti” fəlakəti: Son bir ay yarımda 56 nəfər ölüb

Yaponiyanın paytaxtı Tokioda iyunun 16-dan iyulun 31-dək istidən 56 nəfər ölüb.

Yayın əvvəlindən Tokioya təsir edən həddindən artıq istilərin nəticələri üzə çıxmağa başlayır.

Xalqcebhesi.az xəbər verir ki, Tokio Məhkəmə Tibb İdarəsinin ilkin məlumatlarına görə, 16 iyun - 31 iyul tarixləri arasında davam edən 1,5 aylıq dövrdə Tokionun 23 palatasında yaşayan 56 nəfər istidən dünyasını dəyişib.

Bildirilib ki, ən çox ölüm halları 70 və yuxarı yaşda olan insanlarda 26 nəfərlə, 16 nəfər 80 yaşda, 10 nəfər isə 60 yaşdan yuxarı insanlarda qeydə alınıb. Bundan əlavə, dünyasını dəyişən 56 nəfərdən 54-nün evdə olarkən öldüyü, 38 nəfərin isə evdə kondisioner olmasına baxmayaraq, istifadə etmədiyi müəyyən edilib. Ölən 11 nəfərin kondisionerdən istifadə etməsinə baxmayaraq dünyasını dəyişdiyi, 5 nəfərin isə evində kondisioner olmadığı bildirilib.

Mütəxəssislər qapalı otaqlarda temperaturun 30 dərəcədən çox ola biləcəyinə diqqət çəkərək, isti vurmamaq üçün bol su istehlak etməyi və kondisionerdən istifadə etməyi tövsiyə ediblər.

Məryəm Quliyeva