Quttereş Türkmənistan prezidenti ilə görüşüb Dünya

Quttereş Türkmənistan prezidenti ilə görüşüb

Avqustun 4-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Avazada BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb. Yüksək səviyyəli qonağın səfəri onun BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransında (LLDC3) iştirakı ilə bağlıdır.

Baş katibi salamlayan dövlət başçısı konfransda iştirakına görə ona minnətdarlığını bildirib. O, forumun dənizə çıxışı olmayan ölkələrin maraqları naminə 2024-cü ilin dekabrında qəbul edilmiş Fəaliyyət Proqramının uğurla həyata keçirilməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Antonio Quterreş də öz növbəsində Türkmənistana yenidən səfər etməkdən şad olduğunu qeyd edib. O, Türkmənistan tərəfinin aktual problemlərin həllinə fəal yanaşmasını yüksək qiymətləndirib və Türkmənistanı sülhün və davamlı inkişafın qorunmasında BMT-nin əsas strateji tərəfdaşı adlandırıb.

Söhbət zamanı tərəflər 2025-ci ilin ikitərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətini vurğulayıblar. Bu il BMT-nin yaradılmasının 80 illiyi və Türkmənistanın daimi neytrallıq statusu almasının 30 illiyi tamam olur. Bundan əlavə, Türkmənistanın təşəbbüsü ilə 2025-ci il Beynəlxalq Sülh və Etimad İli elan edilib

Həm prezident, həm də baş katib Avaza konfransının planetdə davamlı inkişafa nail olmaq, əlaqələrin qurulması və nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində mühüm addım olacağına əminliklərini ifadə ediblər.

Cavid