Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
7 Avqust 2025 07:52
2 464
Amerika aviaşirkəti United Airlines texnologiya problemi səbəbiylə ABŞ-dəki bütün əsas uçuşları dayandırdığını açıqlayıb.
Federal Aviasiya Administrasiyasının (FAA) saytında yer alan məlumatlara görə, bu, Çikaqo, Denver, Hyuston, San-Fransisko və Nyu Cersi kimi böyük hava limanlarında fasilələrə səbəb olub.
United Airlines “problemi həll etməyə çalışdığımız üçün bu axşam əlavə gecikmələr gözləyirik” deyib. Aviaşirkət həmçinin “Təhlükəsizlik bizim əsas prioritetimizdir. Biz sərnişinlərimizi təyinat yerlərinə çatdırmaq üçün çalışırıq” deyə vurğulayıb.
United Airlines hazırda havada olan uçuşların təyinat yerlərinə çatmağa davam edəcəyini, regional uçuşların birbaşa təsirlənməyəcəyini, lakin yerüstü trafik səbəbindən gecikmələrin ola biləcəyini qeyd edib.
17 Oktyabr 17:58
1 309
17 Oktyabr 17:31
770
17 Oktyabr 17:26
770