Çinin Tayvan ətrafında hərbi təyyarələrinin sayı 47-yə çatıb Dünya

Çinin Tayvan ətrafında hərbi təyyarələrinin sayı 47-yə çatıb

Tayvan adasının yaxınlığında 47 Çin hərbi təyyarəsinin aşkar edildiyi bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin X hesabından verilən açıqlamada, adanın ətrafında 47 hərbi təyyarənin uçuşunun müşahidə edildiyi bildirilib.
Çinin Tayvan ətrafında ortaq hava və dəniz manevri başlatdığı bildirilən açıqlamada, təyyarələrdən 32-nin Tayvan boğazında iki tərəfin təsir dairələrini ayıran orta xətti keçdiyi və Tayvanın “Havadan Müdafiə Təsnifat Bölgəsi” (ADIZ) olaraq elan etdiyi bölgənin cənub-qərb və cənub-şərq hissələrində uçduğu qeyd edilib.
Açıqlamada Tayvan ordusunun vəziyyəti izlədiyi və cavab tədbirləri gördüyü qeyd edilib.
Pekin hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən faktiki müstəqillik əldə edib. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılma və suverenlik mübahisəsi davam edir.

Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin hökuməti, adanı materiklə birləşdirmək üçün lazım gələrsə, güc tətbiq edəcəyini vurğulayıb.

Məryəm Quliyeva