22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
7 Avqust 22:26
2 016
Hindistanın dövlət neft emalı zavodları Rusiyadan neft almağı dayandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı Bloomberg agentliyi mənbələrə istinadən yayıb.
Ən böyük dövlət neft şirkətləri, o cümlədən Indian Oil Corp., Bharat Petroleum Corp. və Hindustan Petroleum Corp. Vaşinqtonun təzyiqi və ABŞ prezidenti Donald Trampın Hindistan ixracına əlavə rüsumlar tətbiq etməsi səbəbindən müvəqqəti olaraq Rusiya neftini almaqdan imtina ediblər. Onlar hökumətdən rəsmi göstəriş almayana qədər Rusiya nefti üçün tender elan etməmək qərarına gəliblər.
Onlar Rusiyanın xammal tədarükünü ABŞ, Braziliya və Liviyadan gələn neftlə əvəz etməyi planlaşdırırlar.
Hindistan hakimiyyəti Rusiya neftinin alınmasını rəsmən qadağan etməyib, lakin ölkə hökuməti şirkətlərdən ABŞ ilə münasibətlərin daha da pisləşəcəyi təqdirdə alternativ tədarük variantları hazırlamağı xahiş edib.
Hindistanın baş naziri Narendra Modi Amerika liderinin Rusiya neftini bir neçə dəfə çox alan ölkələrə rüsumları artırmaqla hədələmələrinə cavab olaraq güzəştə getməyəcəyinə söz verib. O, yüksək qiymət ödəməli olsa belə, ölkə fermerlərinin mənafeyinə xələl gətirməyəcəyini bildirib.
Məryəm Quliyeva
22 Dekabr 19:59
1 001
22 Dekabr 19:23
1 043
22 Dekabr 19:02
1 106