
“Rusiyanın siyasəti dəyişməyib”
12 Avqust 15:44
12 Avqust 15:44
12 Avqust 12:00
11 Avqust 10:55
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
ABŞ-ın dövlət katibi Marko Rubio, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçiriləcək qarşıdakı sammiti "tanışlıq xarakterli" bir görüş kimi qiymətləndirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, 77 WABC radiosuna verdiyi müsahibədə səsləndirib.
Rubio bildirib: "Düzünü desəm, düşünürəm ki, bu sadəcə tanışlıq görüşü olacaq. Tramp Putinə bir neçə dəfə telefonla zəng etdikdən sonra, artıq onunla danışıqlar masasında üzbəüz oturub şəxsən baxmağa ehtiyac duyur. O, Putini şəxsən görməli və vəziyyəti öz gözü ilə dəyərləndirməlidir."
Dövlət katibi həmçinin qeyd edib ki, görüşün özü Rusiya tərəfinə güzəşt deyil.
"Prezident Tramp üçün bu görüş güzəşt demək deyil. O, buna fərqli yanaşır. Onun üçün görüş – vəziyyəti anlamaq və düzgün qərar vermək üçün atılan addımdır", – deyə Rubio izah edib.
Məryəm Quliyeva