Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Makron Fransası: küçələrdə polis zorakılığı, hakimiyyətdə isə dərin legitimlik böhranı TƏHLİL
Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib
MEK İstanbulun Rami Kitabxanasında “Azərbaycan bölməsi”nin yaradılmasına dəstək olub
13 Avqust 2025 14:43
3 332
İndoneziyanın şərqində Yavada yerləşən Semeru vulkanı və Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanı püskürüb.
Xalqcebhesi.az xəbər verir ki, Antara News-un məlumatına görə, Semeru Vulkan Müşahidə Bürosunun səlahiyyətliləri Semerunun yerli vaxtla 09:38-də püskürdüyünü və dağın püskürdüyü külün dəniz səviyyəsindən təxminən 4,6 kilometr yüksəkliyə çatdığını qeyd edib.
Səlahiyyətlilər Semeru vulkanının 2-ci Həyəcan Səviyyəsində qaldığını və zirvədən 8 kilometr uzaqlıqda yerləşən Besuk Kobokan bölgəsinin cənub-şərq hissəsində bütün fəaliyyətlərin qadağan edildiyini bildirib.
Semeru vulkanında püskürmədən sonra yerli vaxtla saat 14:05-də Şərqi Nusa Tengqarada yerləşən Lewotobi Laki-Laki vulkanında da püskürmə baş verib.
Səlahiyyətlilər, Levotobi Laki-Laki vulkanında vulkanik kül buludunun dəniz səviyyəsindən təxminən 1,7 kilometr yüksəkliyə çatdığını bildirib.
"Sakit Okean Atəş Halqası" zəlzələsi və vulkanik qurşağında yerləşən İndoneziyada 130-a yaxın aktiv vulkan var.
Məryəm Quliyeva