

13 Avqust 23:45
13 Avqust 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Avqustun 14-nə keçən gecə Serbiyanın şəhərlərində baş verən etiraz aksiyaları və iğtişaşlar nəticəsində 60-dan çox insan xəsarət alıb.
Bunu Daxili İşlər Nazirliyində keçirdiyi brifinqdə ölkə prezidenti Aleksandr Vuçiç bildirib.
Onun sözlərinə görə, Novi Saddakı Azadlıq bulvarında Serb Tərəqqi Partiyasının binasında 64 yaralı hesablanıb.
RİA Novosti Serbiya liderinin sözlərini sitat gətirir: “Son anda biz onlar üçün təcili yardımın gəlməsini təmin etdik. O qeyd edib ki, bu dəfə etirazçıların sayı az olub: Belqrad və onun ətraflarında üç mindən çox nümayişçi küçələrə çıxıb, Novi Sadda - 1,6 mindən bir qədər çox nümayişçi.
İğtişaşlar zamanı ikisi ağır olmaqla 16 polis əməkdaşı da yaralanıb. Bu arada internetdə hadisə yerindən görüntülər yayılıb. Bu aqressiv kütlənin məşəlləri yandırdığını göstərir. Çubuq və daşla silahlanmış bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edir.
Cavid