21 Oktyabr 23:50
21 Oktyabr 23:18
19 Avqust 2025 11:23
2 219
Rusiyanın Başqırdıstan Respublikasında uşaq düşərgəsində kütləvi zəhərlənmə qeydə alınıb.
APA "Mash" Teleqram kanalına istinadən xəbər verir ki, hadisə respublikanın Sterlibaşevski rayonunda baş verib. Ümumilikdə 25 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 22-si uşaqdır. Qısa müddət sonra zərərçəkənlərin doqquzu evə buraxılıb, digərləri hələ də həkim nəzarətindədir.
Zəhərlənmənin səbəbi ilə bağlı məlumat verilməyib. Hadisə prokurorluq tərəfindən araşdırılır.
Bundan əvvəl Çelyabinsk vilayətində yerləşən digər bir uşaq düşərgəsində də kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. Özünü pis hiss edən 22 uşaq həkimlərə müraciət etmiş, onlardan biri xəstəxanaya yerləşdirilmişdi.
21 Oktyabr 16:34
938
21 Oktyabr 16:23
952
21 Oktyabr 15:30
1 015