Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Tramp İranın Hörmüz boğazı yaxınlığındakı hədəflərinə zərbələr endirildiyini açıqlayıb
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı videoçarx paylaşılıb
Heydər Əliyev Mərkəzinin binası Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıb
28 Avqust 2025 08:27
2 520
İsrailin avqustun 6-da başlatdığı quru hücumundan sonra Qəzza şəhərindəki Zeytun məhəlləsi geniş dağıntılara səhnə olub.
Xalqcəbhəsi.az “A haber”ə istinadla bildirir ki, “Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal məhəllədə 1500-dən çox evin tamamilə dağıldığını, məhəllənin cənub hissəsində heç bir binanın qalmadığını bildirib.
Basal bildirib ki, İsrail ordusu hər gün bomba yüklü robotlar və “Kvadrokopter” tipli pilotsuz uçuş aparatlarından istifadə edərək 7 məntəqəni hədəfə alıb və məhvetmənin miqyasını artırıb. O həmçinin bildirib ki, məhəllə sakinlərinin təxminən 80 faizi Qəzzanın qərb və şimal hissələrinə qaçmağa məcbur olub.
İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza şəhərinin şimalını işğal etmək planını təsdiqləyib. İsrailin Baş naziri Benyamin Netanyahu kabinet iclasından əvvəl çıxış edərək məqsədin bütün Qəzza zolağının işğalı olduğunu açıqlayıb.
İsrail mediası ordunun Qəzzanın qalan hissəsini işğal etmək əmri aldığını, lakin bu addımın sentyabr ayından əvvəl baş tutmasının gözlənilmədiyini qeyd edib. Planın birinci mərhələsi təqribən 1 milyon fələstinlinin cənuba köçürülməsini, şəhərin mühasirəyə alınmasını və intensiv hücumlarla onun işğalını nəzərdə tutur. İkinci mərhələ Qəzzanın mərkəzində böyük dərəcədə dağılmış qaçqın düşərgələrinin işğalını planlayır.
1 Sentyabr 22:05
637
1 Sentyabr 20:48
742
1 Sentyabr 18:43
833