
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
2026-cı ilin sonuna qədər məktəbə getməyən uşaqların sayı təxminən 6 milyon artaraq 278 milyona çata bilər.
Bu barədə BMT-nin Uşaq Fondunun (UNİSEF) araşdırmasında qeyd olunur.
Təşkilatın dərc etdiyi təhlilə əsasən, bunun əsas səbəbi təhsil üçün ayrılan yardımın 2023-cü illə müqayisədə 3,2 milyard dollar və ya 24 faiz azalmasıdır.
Ən böyük zərbə Qərbi və Mərkəzi Afrika ölkələrinə dəyəcək - burada 1,9 milyon uşaq təhsilsiz qalmaq riski ilə üzləşir.
Yaxın Şərq və Şimali Afrikada daha 1,4 milyon uşaq məktəbdən kənarda qala bilər.
Təhsil üçün ayrılan yardımın əhəmiyyətli hissəsini itirəcək ölkələr arasında Kot-d'İvuar və Malinin adı çəkilir. Yardımın azalması bu ölkələrdə şagirdlərin sayının 4 faiz azalmasına səbəb ola bilər ki, bu da müvafiq olaraq 340 min və 180 min uşaq deməkdir.
Təşkilat beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə: ən az inkişaf etmiş ölkələrə ayrılan maliyyəni artırmağa, humanitar böhran şəraitində təhsil proqramlarını qorumağa çağırıb.