

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Dünya, Ay və Günəşin eyni sıraya düzülməsi ilə 2025-ci ilin 7-8 sentyabr tarixlərində göy üzündə möhtəşəm bir Qanlı Ay tutulması baş verəcək.
Xalqcebhesi.az xəbər verir ki, NASA-nın məlumatına görə, tutulma ümumilikdə təxminən beş saat yarım davam edəcək. Ayın tamamilə qırmızı rəngə büründüyü “tam tutulma” mərhələsi isə 1 saat 22 dəqiqə davam edəcək.
Bu, 2022-ci ildən bəri müşahidə ediləcək ən uzun tam Ay tutulması olacaq.
6,2 milyard insan tam şəkildə izləyə biləcək
Hadisə Avstraliya, Asiya, Afrika və Avropadan görünəcək. Dünya əhalisinin böyük hissəsi, yəni 7 milyarddan çox insan tutulmanı izləyə biləcək; 6,2 milyard nəfər isə tutulmanın bütün mərhələlərini tam şəkildə seyr etmək imkanı əldə edəcək.
Amerika qitəsində isə hadisə gündüz vaxtına təsadüf etdiyi üçün böyük ölçüdə müşahidə olunmayacaq. Lakin Havay, Alyaskanın kiçik bir hissəsi və Braziliyanın bəzi bölgələrində qismən tutulma görünə biləcək.
Məryəm Quliyeva