Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
4 Sentyabr 11:04
1 659
"4 oktyabr Gürcüstan müxalifətinin qələbə günü olacaq".
Bu barədə "Milli Hərəkat" partiyasının Siyasi Şurasının sədri Levan Xabeişvili sosial şəbəkədə yaydığı bəyanatda bildirib.
“Bələdiyyə deputatlığına tamah salanlar çaşqın və sarsılmış sifətlərlə, polisin kordonu altında irəliləyirdilər. Onları yan-yana addımlayan ‘milisionerlər’ müşayiət edirdi ki, bahalı geyimlərinə dəyən yumurta və ya təhqirlər onlara yox, özlərinə dəysin.
Ançuqelidzenin ruhuna hörmətsizlik edən bu deputasiyanı sadə jandarm zabitləri alın tərilə qoruyurdu.
İvanişvili rejiminin tam kapitulyasiyası yaxınlaşır. 4 oktyabr – qələbə günüdür! Hamı küçələrə, bayraqlarla!” – deyə Xabeişvili yazıb.
Cavid