

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç jurnalistlərə açıqlamasında deyib.
"Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur", - o bildirib.
Onun sözlərinə görə, Ermənistandakı xüsusi nümayəndə ilə bir sıra işlər aparılır və gələcəkdə iki ölkənin, xüsusilə bu bölgənin iqtisadi həyatına töhfə verilməsi nəzərdə tutulur.
Diplomat bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Alican sərhəd qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək.