
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ, Polşada baş vermiş pilotsuz uçuş aparatları (PUA) insidenti ilə bağlı faktlar ortaya çıxdıqca, konkret qərarlar verməzdən əvvəl NATO üzrə tərəfdaşları ilə məsləhətləşmələr aparacaq.
Xalqcebhesi.az RİA Novosti-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
O qeyd edib ki, bu pilotsuz uçuş aparatları itirilmiş ola bilər.
“Məsələ ondadır ki, bu PUA-lar konkret olaraq Polşaya yönəldilmişdimi? Əgər belədirsə və dəlillər bizi bu nəticəyə aparırsa, bu, açıq şəkildə son dərəcə eskalasiyaedici bir addım olar”, – deyə Rubio vurğulayıb.
Bununla yanaşı, dövlət katibi digər versiyaların da olduğunu bildirib. O, Vaşinqtonun istənilən konkret qərar qəbul etməzdən əvvəl bütün faktlara malik olmaq və müttəfiqlərlə məsləhətləşmək istədiyini dəqiqləşdirib.
Onun sözlərinə görə, bu insident “qəbuledilməz və təhlükəlidir”.
Məryəm Quliyeva