Bakıda 27 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 3 nəfər saxlanılıb
ADB növbəti 5 ildə Azərbaycanda yaşıl keçid və infrastruktur üzrə iri investisiyalar planlaşdırır
Səudiyyə Ərəbistanının koalisiyası Yəməndəki əməliyyatı itkisiz başa çatdırıb
Yəmən BƏƏ qüvvələrinin 24 saat ərzində çıxarılmasını tələb edib
28 Sentyabr 21:42
1 869
ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə naziri Pit Heqsetin sentyabrın 30-da Virciniya ştatında yüzlərlə amerikalı general və admiral ilə keçirəcəyi görüşdə iştirak edəcək.
"Report" bu barədə "The Washington Post"a istinadən xəbər verir.
"Biz Ağ Evdən ABŞ Prezidentinin çərşənbə axşamı görüşdə iştirak edəcəyinə dair təsdiq aldıq", – nəşrin əldə etdiyi sənəddə qeyd olunur.
Məlumata görə, Trampın iştirakı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edəcək.
Donald Tramp daha əvvəl bəyan edib ki, bu görüşdə qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, tədbirdə xüsusən "ən yeni sistemlər və s." müzakirə olunacaq, lakin detalları açıqlamayıb.