İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
2 Oktyabr 2025 11:55
1 946
Cənubi Koreyanın Tbilisidəki səfiri Hyondu Kim Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə XİN-dən bildirilib.
Xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvilinin səfirlə keçirdiyi görüşdə Abxaziyanın “mədəniyyət naziri”nin Koreya parlamentini ziyarət etməsi və Seulda “Abxaz Mədəniyyət Mərkəzi”nin açılması məsələsi müzakirə olunub.
Səfir baş verənlərdən təəssüfünü bildirib və Cənubi Koreyanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, Cənubi Koreya Abxaziyanı müstəqil dövlət kimi tanımır, onu Gürcüstanın ayrılmaz hissəsi hesab edir.
Seulda mədəniyyət mərkəzinin açılmasına gəlincə, səfir deyib ki, Cənubi Koreya hökuməti belə bir mərkəzin açılmasına və ya fəaliyyətinə hər hansı bir icazə verməyib, buna görə də yerli qanunvericiliyə əsasən onun fəaliyyət göstərməsi mümkünsüzdür.
Qeyd edək ki, Seulda “Abxaziya-Koreya Mədəniyyət Mərkəzi” sentyabrın 23-də açılıb. Cənubi Koreya parlamentində baş tutmuş mərasimdə Abxaziyanın “mədəniyyət naziri” Daur Kove də iştirak edib.
29 May 14:34
1 351
29 May 11:35
1 344
29 May 09:45
1 358