"Putin "güclü Rusiya" obrazı yaradır" Dünya

"Putin "güclü Rusiya" obrazı yaradır"

Putinin, "biz faktiki olaraq NATO bloku ilə müharibə aparırıq və irəliləyirik, özümüzü əmin hiss edirik və bu ordu " kağız pələngi"dirsə, onda NATO - nun özü nəyi ifadə edir?"deməsi, əslində bu ifadə Rusiya tərəfinin adət etdiyi tərzidir və onu kiçiltməyə çalışan Trampa qarşı birbaşa yönəlmiş ifadədir. Hesab edirəm ki, hər iki tərəf bu kimi siyasi leksikondan istifadə etməklə, real gücün özlərində olduğunu nümayiş etdirməklə müharibənin davam etməsində maraqlı görünməyə çalışırlar.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

O, qeyd edib ki, bundan başqa belə ifadələrin səslənməsi daxili auditoriyaya hesablanmış ola bilər və düşmən mövqelərinə psixoloji təsir elementi kimi də istifadə olunması əsas məqsədlərdən hesab edilə bilər:

"Əslində isə hər şey heç də onların dedikləri kimi olmadığı da məlumdur. Belə olan halda Putinin qurduğu cümlə, yalnız onun dünya miqyasında strateji baxımdan nüvə silahı ilə bağlı üstünlüyünü nəzərdə tutmasını xüsusi olaraq qeyd etmək olar, amma bunun xaricində konvensional ordunun resursları NATO ilə müqayisədə həddindən artıq zəifdir. Bundan başqa ABŞ və Avropa İttifaqının iqtisadi gücü və potensial gücü Rusiyadan dəfələrlə üstündür. Rusiya iqtisadiyyatının əsas gücü olaraq neft-qaz sənayesini göstərmək olar, amma bu ona lazımi qədər müharibə xərclərində kömək ola bilmir və məhz bu istiqamətdə Rusiya ciddi çətinliklərlə üz-üzə qalıb.

Heç şübhəsiz ki, Qərb Rusiyadan çəkinir və bu sabah nə edəcəyi məlum olmayan Rusiyanın əlində dünyanı belə məhv edəcək qədər nüvə başlıqlarına sahib olması ilə bağlıdır. İqtisadi, texnoloji və digər hərbi sənaye baxımdan Qərb dövlətlərinin Rusiya qarşısında geri addım atmaq niyyətində olmadıqları açıq şəkildə ortadadır. Qeyd etdiyim kimi Rusiyanın, sadəcə nüvə eskalasiyasının təhlükəsi səbəbiylə ehtiyatlı davranmaq yolunu tuturlar və bu siyasət, istər siyasi, istər hərbi baxımdan təhlükəyə tam nəzarət edilənə, aradan qaldırılana qədər davam edəcək.

Putinin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də "güclü Rusiya" obrazı yaratmaqdır və NATO Rusiyadan çəkinir desək doğru olmaz. Əlbəttə ki, Qərb Putinin bütün bu təhdidlərinə qarşı heç şübhəsiz ki, tədbirlərlə almaqdadır".

Cavid