Körfəz ölkələri və İran Omanda Hörmüzlə bağlı sövdələşməni müzakirə edəcəklər
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
İran və Pakistan Yaxın Şərq üzrə danışıqlara qayıdışı müzakirə ediblər
6 Oktyabr 2025 08:00
2 737
ABŞ prezidenti açıq şəkildə bəyan edib ki, o, İsrailin Qəzzanı öz materikinə birləşdirməsinə icazə verməyəcək. Bu, ən çox hamını düşündürən sualdır ki, buna o, müsbət cavab verdi. Yenə də zaman qərar verəcək, o haqlı olub, ya səhv olub. Həmçinin diqqətəlayiq odur ki, qarşı tərəf İsrailin Qəzzanı işğal etməsinə icazə verməyəcək. Bu, bölgəni qurbanların çoxunun İsraildən olacağı başqa bir qırğına aparacaq.
Bunu xalqcebhesi.az-a Pakistanının tanınmış ictimai-siyasi xadimi, siyasi ekspert Tazen Akhtar deyib.
O, qeyd edib ki, Qəzzada uşaqların, qadınların və dinc əhalinin soyqırımına gəlincə, indi İsrailin buna görə cəzalandırılmayacağı aydındır: "Heç bir sanksiya olmayacaq. Burada nəzərə almaq yerinə düşər ki, İsrailin Qəzzada müharibə cinayətləri törətməsinə zəmin hazırlayan məhz HƏMAS idi. Həmçinin, müsəlman dünyası İsraili dayandırmaq üçün üzərinə düşən rolu oynaya bilmədi. İsrail və Netanyahu yalnız o biri dünyada cavabdeh olacaqlar".
Cavid