Çin, Trampa müharibədən imtina qarşılığında 1 trilyon dollar təklif edib​​​​​​​ Dünya

Çin, Trampa müharibədən imtina qarşılığında 1 trilyon dollar təklif edib​​​​​​​

ABŞ Prezidenti Donald Tramp tezliklə Tayvan mövzusunda mövqeyini müəyyən etməli olacaq, çünki Çin, hərbi təlimlər çərçivəsində Taybeyin güc yolu ilə işğalını daha fəal şəkildə hazırlayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Vzqlyad" qəzeti yazır.

Nəşr qeyd edir ki, Tayvan hakimiyyəti ABŞ-dan müdafiə gözləyir və buna görə də öz sadiqliyini ifadə edərək, məsələn, Rusiya neftini almağı dayandırmağa və Arizonada yarımkeçirici istehsal zavoduna 165 milyard dollar sərmayə yatırmağa hazır olduqlarını bildirib.

Ancaq Çin Xalq Respublikası, ərazi bütövlüyünü bərpa etmək üçün strategiya hazırlamağa davam edir. Bu zaman güc tətbiq etmək yerinə, siyasi həllə üstünlük verilir. "Vzglyad" qəzeti yazır ki, Pekin, Trampdan Tayvanı Çin Xalq Respublikasının bir hissəsi kimi tanımasını gözləyir.

Məryəm Quliyeva